Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bıçaqlı hücuma məruz qalan İstanbulun Fateh məscidinin imamı Qalip Ustaya zəng edib.
Türkiyə lideri imama şəfa diləyib, tezliklə sağalıb öz xidmətinə qayıtması üçün dua edib.
O, həmçinin imamı müalicə edən həkimlərlə danışıb, xəstənin sağlıq vəziyyəti ilə maraqlanıb.
Xatırladaq ki, bıçaqlanma hadisəsi İstanbul şəhərində Fateh məscidində baş verib. Səbəb isə məscid imamının ibadət ocağında şüarlar səsləndirən şəxsə irad bildirməsi olub.
Bildirilir ki, Ö.S. adlı şəxs məsciddə şüarlar səsləndirib. Buna görə imam ona xəbərdarlıq edib və ibadət ocağından çıxmasını istəyib.
Sonradan Ö.S. məscid imamı ilə danışmaq istədiyini bildirib və onun otağına girməyə çalışıb. Bu zaman ona mane olmaq istəyən şəxsə bıçaqla xəsarət yetirib, ardınca isə imama hücum edib.
Nəticədə Fatih məscidinin imamı döş qəfəsi, bel və boğaz nahiyələrindən bıçaq yaraları alıb.
Oxu.Az
12:00
Türkiyədə məscid imamı və həmin vaxt yanında olan şəxs bıçaqlanıb.
Hadisə İstanbul şəhərində Fateh məscidində baş verib. Səbəb isə məscid imamının ibadət ocağında şüarlar səsləndirən şəxsə irad bildirməsi olub.
Bildirilir ki, Ö.S. adlı şəxs məsciddə şüarlar səsləndirib. Buna görə imam ona xəbərdarlıq edib və ibadət ocağından çıxmasını istəyib.
Sonradan Ö.S. məscid imamı ilə danışmaq istədiyini bildirib və onun otağına girməyə çalışıb. Bu zaman ona mane olmaq istəyən şəxsə bıçaqla xəsarət yetirib, ardınca isə imama hücum edib.
Hadisə yerinə gələn polislər Ö.S.-ni saxlayıblar. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilərək təcili yardımla xəstəxanaya aparılıblar. Məlumata görə, Fatih məscidinin imamı döş qəfəsi, bel və boğaz nahiyələrindən bıçaq yaraları alıb.
Hadisə ilə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başlanılıb.