istanbulda-partlayis-olub-olen-ve-yaralananlar-var

İstanbulda partlayış olub, ölən və yaralananlar var

Türkiyənin İstanbul şəhərinin Esenler rayonunda sənaye bölgəsində iş yerində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 3-ü ağır olmaqla 5 nəfər yaralanıb.

Məlumata görə, hadisə yerinə çox sayda polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım heyəti cəlb olunub.

Hadisəyə ilkin səbəb kimi oksigen balonunun partlaması göstərilir.

Report