istanbulda-siddetli-zelzele

İstanbulda şiddətli zəlzələ

İstanbulda zəlzələ baş verib.

İnsider.az xəbər verir ki, zəlzələnin gücü 5.7 bal olaraq açıqlanıb.

Şəhərin Avcılar məhəlləsindəki məscidin minarəsi aşıb.

Yeraltı təkanlardan vahimələnən sakinlər küçələrə çıxıb. Eyni zamanda məktəblər, xəstəxanalar və ticarət mərkəzləri təxliyyə edilib. Rabitə xətlərində problem yaranıb. Bu səbəbdən zəlzələdən sonra vətəndaşlar yaxınları ilə əlaqə saxlamaqda çətinlik çəkib.

©Report