İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri rəhbərlərinin görüşü keçirilir.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.
Onun sözlərinə görə, hazırda Ukrayna nümayəndə heyətinin üzvü David Araxamia və Rusiya prezidentinin köməkçisi Vladimir Medinski görüşür.
“Onlar danışıqlar prosesinin əsas müddəaları haqqında müzakirə aparacaqlar. Nümayəndə heyətləri mübahisəli məsələlərin bütün spektri üzərində paralel işləyirlər”, - Podolyak qeyd edib.