Türkiyənin İstanbul şəhərində "İqtisadiyyatın Davosu" adlandırılan "WORLDEF" İqtisadi Forumu öz işinə başlayıb.
Forumun iştirakçılarını salamlayan WORLDEF prezidenti Ömer Nart DÜNYA E-TİCARƏT FORUMU ilə bağlı məlumat verərək, Antalyada keçirilən WORLD ECOMMERCE EXPO-dan sonra gələn istəklər əsasında forumu daha əhatəli şəkildə təşkil etdiklərini bildirdi.
DÜNYA E-TİCARƏT FORUMU-nun əvvəlki illərlə müqayisədə fərqli bir formata sahib olduğuna diqqət çəkən Nart, “Bir çox infodesk, yüzlərlə B2B masası var. 20 mindən çox iştirakçı gözləyirik. Tədbiri iki günə planlaşdırmışdıq, lakin inanılmaz tələbat üzündən üçüncü günü sonradan əlavə etməli olduq. 120-dən çox dinamik var və onlar hələ də əlavə olunur. 40-dan çox sponsor var. 200-dən çox B2B masası, 200-ə yaxın infodesk olduğunu bildirib.
Səbinə Səmidxan