İstanbulun Küçükçekmece, Başakşehir, Bağcılar, Avcılar, Bahçelievler, Sultanqazi, Esenlər və Zeytinburnu olmaqla daha səkkiz rayonunda əcnəbilərin qeydiyyatı dayandırılıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Qeyd edilib ki, yeni qərar ali təhsil alan, əmlak sahibi olan və sağlamlıq vəziyyəti ilə əlaqədar bu bölgələrdə yaşayan əcnəbiləri əhatə etmir.
Xatırladaq ki, bundan əvvəl şəhərin Fatih və Esenyurd rayonlarında da xarici ölkə vətəndaşlarının qeydiyyatı dayandırılmışdı.
Azərtac