istifadeye-yararsiz-bir-tona-yaxin-qus-eti-askar-edilib

İstifadəyə yararsız bir tona yaxın quş əti aşkar edilib

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, sentyabrın 11-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri tərəfindən Suraxanı rayonu ərazisində reyd keçirilib. 

İnsider.az xəbər verir ki, Hövsan qəsəbəsində Bakı şəhər sakini A.Mürsəlova məxsus quş kəsimi sahəsinə baxış zamanı sanitariya tələblərinə cavab verməyən, natəmiz vəziyyətdə saxlanılan və qida üçün yararsız 996 kiloqram toyuq əti aşkarlanıb.

Götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

©Marja