Azərbaycan Mərkəzi Bankı (AMB) “Tədavülə yararsız milli pul nişanlarının əlamətlərinin müəyyən edilməsi, dəyişdirilməsi və pulların ekspertizası Qaydaları” hazırlayıb.
İnsider.az xəbər verir ki, məlumata görə, qaydalar hazırda ölkənin maliyyə sektorunun təmsilçiləri və müstəqil ekspertlərlə müzakirə olunur.
Yeni qaydalarsaxta və həqiqi pulun fərqi, əsginazının yararlı olub-olmaması kimi məsələləri əhatə edir. Həmçinin yeni qaydalarda hansı həddə qədər yararsız olan pulların dəyişdirilməsi, yaxud əvəzinin ödənilməsi məsələsi öz əksini tapacaq.
© "Report