istiliyin-verilmesine-baslanildi-problemi-olan-vetendaslarin-nezerine

İstiliyin verilməsinə başlanıldı: Problemi olan vətəndaşların NƏZƏRİNƏ

Bu gündən etibarən paytaxt və digər ərazilərdə yaşayış binalarına, eləcə də aidiyyəti üzrə dövlət müəssisələrinə istiliyin verilməsinə başlanılıb.

Bu barədə “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.

O bildirib ki, noyabrın 15-dən etibarən 2021-2022-ci il payız-qış mövsümü ilə əlaqəli olaraq “Azəristiliktəchizat” tərəfindən qazanxana və istilik mərkəzlərinin işə salınması ilə bağlı ərazilərə xidmət göstərən bütün istilik-istismar müəssisələrinə müvafiq göstərişlər verilib:

“Bu il “Azəristiliktəchizat”nın işləməsi nəzərdə tutulan 559 qazanxana və 90 istilik məntəqəsi vasitəsilə 3870 yaşayış binası, həmin yaşayış binalarında 184 minə yaxın mənzil, eyni zamanda layihə üzrə tərəfimizdən istilik enerjisi ilə təmin olunması nəzərdə tutulan bütün məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri və digər sosial, təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulub.

Gün ərzində bütün istilik məntəqələrinin və qazanxanaların işə salınması nəzərdə tutulub. Vətəndaşlarımız onları maraqlandıran suallarla bağlı və ya istilik təchizatında problem yaranarsa “Azəristiliktəchizat” 956 - Çağrı Mərkəzinə müraciət edə bilərlər”.

Oxu.Az