İsveç rəsmi olaraq NATO-ya üzv oldu.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat verib.
Bildirilir ki, artıq ölkənin Alyansa daxil olması haqqında protokol qüvvəyə minib.
“İsveçin NATO-ya daxil olması ilə bağlı Protokol qüvvəyə minib. İsveç Şimali Atlantika Alyansının 32-ci üzvü oldu”, - deyə Dövlət Departamentinin bəyanatında vurğulanıb.