İsveç sakini Rut Linnea İnqeqard Larsson 103 yaş 259 günündə paraşütlə tullanaraq “Ginnesin Rekordlar Kitabına” düşüb.
O, ilk dəfə paraşütlə 102 yaşında ikən tullanıb.
Bu həvəs qocada 90 yaşından sonra yaranıb.
Paraşütlə tullanma ilə yanaşı, ailəsinin qayğısına qalmaq da isveçlinin əsas məşğuliyyətidir. Onun beş övladı, 19 nəvəsi və 30 nəticəsi var.
Qadın həmçinin krossvordları həll etməyi sevir və evdən çox da uzaqda olmayan kilsə xorunda oxuyur.
Oxu.Az