isvecre-memari-azerbaycanda-layiheleri-heyata-kecirilmesi-ile-bagli-teklifle-cixis-edib

İsveçrə memarı Azərbaycanda layihələri həyata keçirilməsi ilə bağlı təkliflə çıxış edib

"İsveçrə memarları Azərbaycanda layihələrin həyata keçirilməsində maraqlıdır".

İnsider.az xəbər verir ki, bunu Azərbaycan-İsveçrə biznes forumunda çıxışı zamanı arxitektor Stiv Rey (Steve Ray) deyib.

Onun sözlərinə görə: "Təmsil olunduğum büroda 10-a yaxın mütəxəssis çalışır və Sineqalda, Çində memarlıq layihələrini həyata keçiriblər. Bu kimi layihələri nəyə görə Azərbaycanda keçirtməyək?!"

Xatırladaq ki, bu gün Bakıda Azərbaycan ilə İsveçrə arasında biznes forum keçirilib. İsveçrədən bir sıra şirkətlər iştirak ediblər. Biznes forumda qeyd edilib ki, indiyə qədər İsveçrənin Azərbaycana 861 milyon ABŞ dolları, Azərbaycanın isə İsveçrəyə 2,7 milyard dollar investisiya qoyduğunu bildirib.

Report