isvecrede-niqab-ve-hicab-da-daxil-olmaqla-uz-ortuyu-taxmaq-qadagan-edilib

İsveçrədə niqab və hicab da daxil olmaqla üz örtüyü taxmaq qadağan edilib

İsveçrə parlamenti niqab və hicab da daxil olmaqla üz örtüyünü qadağan edən qanun qəbul edib.

Məlumata görə, qadağa qanun parlamentin yuxarı palatası tərəfindən təsdiqlənib (151 səs lehinə, 29 səs əleyhinə).

Qeyd edək ki, 2021-ci ildə İsveçrə hökuməti bu məsələ ilə bağlı referendum keçirib. Səs verənlərdən 51,2 faiz bu cür geyimlərin ictimai yerlərdə geyinilməsinin ölkə üzrə qadağan edilməsinin lehinə, 48,8 faizi isə əleyhinə səs verib. Yeni qanun ictimai yerlərdə üzünü “cizgilərini tanınmaz hala gətirəcək şəkildə” örtməyi qadağan edir.

Qanunu pozanları 1000 İsveçrə frankı (1114 dollar) məbləğində cərimə gözləyir. Bununla belə, dini ayinlər, yerli xalqların adət-ənənələr, teatr tamaşaları, tibbi və ya iqlim səbəblərinə görə çadra taxmaq da daxil olmaqla bir neçə istisna var.

Oxu.Az