isvecrede-telman-ismayilova-cinayet-isi-acildi-5-il-hebs-gozleyir

İsveçrədə Telman İsmayılova cinayət işi açıldı - 5 İL HƏBS GÖZLƏYİR

İsveçrədə Moskvanın Çerkizov bazarının keçmiş sahibi, Azərbaycan əsilli rusiyalı biznesmen Telman İsmayılov barəsində cinayət işi başladıb.

İnsider.az xəbər verir ki, iş adamına qarşı cinayət işi Rusiyanın "VTB” bankına məxsus "BM-Bank”ın iddiası əsasında açılıb. O, dələduzluqda  ittiham olunur. 

Cinayəti sübuta yetiriləcəyi T.İsmayılovu 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Bildirilir ki, "BM-Bank” 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralınadək T.İsmayılova məxsus "AST” qrupunun "Rusline 2000” müəssisəsinə və "Tropicano Finance B.V.”yə 230 milyon dollar məbləğində 3 dəfə kredit verib.

Bir müddət əvvəl "BM-Bank” T.İsmayılova məxsus "Praqa” restoranını, "Tropikano” Biznes Mərkəzini, "AST” Ticarət Mərkəzini və Moskvada Kutuzov prospektindəki 2 mənzilinə, habelə onun ABŞ-dakı "Craig Valley Plaza” Ticarət Mərkəzinə həbs qoyulub. 
Kreditorlar bildiriblər ki, T.İsmayılov kredit vəsaitinin bir hissəsini İsveçrədəki banklara köçürüb.
 
T.İsmayılvoun vəkili məlumatı mətbuatdan öyrəndiklərini bildirib.

©İnterfax