it-sirketleri-neye-gore-mekteblerle-islemelidirler-mail-ru-group-un-tecrubesi

IT-şirkətləri nəyə görə məktəblərlə işləməlidirlər: “Mail.ru Group”-un təcrübəsi

IT-şirkətlərin gələcək mütəxəssislərə görə mübarizəsi indi təkcə universitetləri deyil, orta məktəbləri də əhatə edir. “Mail.ru Group”-da ali məktəblərlə iş üzrə dirketor Sergey Mardanov biznesin məktəbə girişinin asan olub-olmaması, yeniyetmələrlə necə ünsiyyətin qurulması və şirkətə bütün bunların nəyə görə lazım olması barədə danışıb.

Bugün, demək olar ki, hər iri IT-şirkət ali məktəblərlə müştərək tədris layihələrinə yatırım edir: təcrübəçi proqramları, kursları, fakültələri və əsas kafedraları işə salınır. Bəs məktəblərlə də korporasiyalar nəyə görə çalışmalıdır? Hədəflər elə eynidir:    

  • istedadlı uşaqların axtarışı,
  • sahə üçün peşəkar kadr səviyyəsinin artırılması,
  • işəgötürənin brendinin qurulması,
  • yeni auditoriyanın qazanılması.

Sizin yeniyetmələrlə işləməyin HR-brendi üçün qeyri-ciddi olduğunu hesab etdiyiniz müddətdə, çox güman, rəqibləriniz artıq şagirdləri işə götürür və onlarla birgə inqilabi məhsullar işə salır.

Məktəblərlə əməkdaşlıq sizə nə verəcək?

Kadr hazırlığı

Məktəblərlə əməkdaşlıq, məsələ təxirə salınsa da, kadr böhranını yüngülləşdirir. Olimpiadalar, hakatonlar, proqramlaşdırma üzrə çempionatlar və digər təşkil etdiyiniz tədris tədbirləri istedadlı və motivasiyalı şagirdlərin üzə çıxmasına imkan yaradır.

Məktəblərlə işləyərək və proforiyentasiya ilə məşğul olaraq, siz nəinki şirkətiniz üçün əməkdaşlar hazırlayırsınız, həmçinin mühüm ictimai missiyanı yerinə yetirirsiniz – bütövlükdə bazar üçün kadrların peşəkar səviyyəsini artırırsınız.

Şirkətlər hətta şagirdlərin proforiyentasiyası üçün birləşməyə hazırdılar. Ötən ildən Rusiya IT-bazarının ən iri oyunçuları olan “Mail.ru Group”, “1С”, “Yandeks”, “Kasperski Laboratoriyası”, daha sonra “Sberbank”, “Kovards”, həmçinin  Təhsil və Rəqəmsal İnkişaf Nazirliyi müştərək “Rəqəm dərsi” layihəsini təşkil edir.

Aksiya çərçivəsində bütün ölkə boyu milyonlarla şagirdlər üçün informatika üzrə qeyri-adi məşğələlər keçilir: uşaqlar süni intellektin və neyroşəbəkələrin necə çalışdığını, IT-də layihə idarə olunmasının necə baş verdiyini öyrənirlər.

Auditoriyanın genişləndirilməsi

Məktəblər məhsullarınızın, əsasən də təhsilin bugünkü rəqəmsallaşdırılması kontekstində, potensial istehlakçılarıdır. Bir çox müasir IT-servislərini tədris və ya təhsil prossesi üçün istifadə etmək olar, ələlxüsus siz onları təhsil müəssisələri üçün adaptasiya edir və pulsuz təklif edirsinizsə.

Belə ki, “Google” tədris mərkəzlərinə “Google Classroom” servisinə giriş verir, “Mail.ru Poçtu” öz korporativ servislərini məktəblərə pulsuz istifadəyə verir, “Microsoft” isə müəllimin bunun vasitəsilə interaktiv dərslər keçirə biləcəyi “Office 365” paketini təqdim edir.

Texnologiyalar köhnəlmiş məktəb alətlərini təzələməyə imkan yaradır: sosial şəbəkədəki qrup divar qəzetini əvəzləyəcək, dərsin birbaşa translyasiyası isə evdə xəstəlik vaxtı qalmış uşağa materialı mənimsəməyə kömək edəcək.

IT həmçinin məktəblərə tədris mərkəzinin imicinə işləyən kommunikasiya imkanlarını açır. Geniş auditoriyaya maraqlı məktəb tədbirlərini və ya istedadlı müəllimlərin açıq dərslərini translyasiya etmək olar.

Brendin pərəstişkarlarının formalaşdırılması

Şagirdlərlə iş təkcə potensial əməkdaşlara deyil, həm də potensial istifadəçilərə edilən uzunmüddətli investisiyalardır. Məktəblərlə iş digər yollarla çatmağın qəliz olduğu auditoriyanın əldə edilməsidir.

Beynində sizin haqda öndəgedən şirkət kimi təsviri formalaşmış şagird (o, maraqlı mühazirə dinləyib, sizdə keçmiş öz ilk həqiqi akatonunda olub, ofis üzrə ekskursiyanı ziyarət edib) çox böyük etimalla uzun müddət tərəfdarınız qalacaq. O, öz həmyaşıdları və valideynlərilə söhbətlərdə brend haqda yaxşı rəy verəcək.

Uşaqlarla necə işləməli?

Məktəblərlə işləməyi başlamamışdan əvvəl ciddi şəkildə yanaşma, kommunikasiya kanalları və ünsiyyət üslubu üzərində düşünmək lazımdır. Öz təcrübəmdən və şirkətin təcrübəsindən bir neçə məsləhət verə bilərəm.

Həqiqəti söyləyin. Kommunikasiya zamanı bəzəmək və şişirtmək lazım deyil: sizi yalan üstə tez tutacaqlar. Yalan uşaqları özünüzə qarşı çıxarmağın yoludur: onlar böyüklərdən daha səmimi reaksiya verirlər və ətrafdakıların zəifliyinə bəraət qazandırmağa meyilli deyillər.

Qəsdən uşaq kontenti yaratmağa can atmayın. Böyükərə olduğu kimi, uşaqlara da ciddi yanaşın və onlara maraqlı olan şeyi axtarın. Uşaqları kontentin yaradılmasına cəlb etmək əla ideyadır.

Uşaqları kommunikasiya üçün öz meydançanıza aldadaraq çəkməyə çalışmayın. Auditoriyanı təhlil edin və onun kommunikasiya kanallarından faydalanın: “VKontakte”-də və “Twitch” strimlərində ünsiyyətdə olun, “TikTok” və “YouTube” üçün videokontent yaradın, kompüter oyunlarını istifadə edin.

Çox şey gözləməyin, lakin onların bacarmayacaqlarını düşünməyin. Bir çox yeniyetmələrin böyük dərdi onlara ciddi məsələlərə hazır olmayan uşaq kimi yanaşılmadır. Əsasən bu, IT ilə maraqlanan və proqramlaşdırmanı artıq heç də pis bacarmayan qızlara aiddir. Təcrübəmiz göstərir ki, şagirdlər məsələlərin mahiyyətini tələbələrdən daha cəld tuturlar.

Biznes məktəblərə necə çıxa bilər?

Məktəblərə giriş ali məktəblərdən də çətindir. Universitetlər nisbətən avtonomdur və kiminlə dostluq etməyə özləri qərar verə bilər. Məktəblər isə federal nazirliklərin, bölgə qurumlarının və bələdiyyə təhsil idarələrinin nəzarəti altındadırlar.

Şəxsi əlaqəni tapmağa çalışın. Ən yaxşısı əməkdaşınızın bu məktəbdə oxuması, ola bilsin, məktəbin hətta sevimli məzunu olması olardı. Daha bir variant əməkdaşlarınızın uşaqlarını və onların sinif yoldaşlarını ofiisinizə ekskursiyaya dəvət etməkdir: çox güman, onların müəllimi sizi məktəb direktoru ilə tanış etməyə şad olardı.

Təhsil orqanlarında partnyorlar tapın. Belə GR-həll daha çox resurs və vaxt tələb edəcək. Ola bilsin, ilk cəhddən hər  şey alınmaz, amma perspektivdə nəticələr təsir bağışlayan ola bilər.

İllərə hesablanmış layihələri təklif edin. Təhsil sahəsi uzun dövrlərlə çalışır və birdəfəlik layihələr az adama maraqlıdır. Siz təhsil idarəsinin rəhbərliyini öz məqsədlərinizin ciddiyətinə, sizə vaxtlarını və səylərini sərmaye etmələrinə inandırmalısınız. Həmçinin sizin yeniliklərinizin metodik olaraq haqlı olduğunu və məktəblərdə tətbiq edilə biləcəyini sübut etmək lazımdır. Ona görə də təkliflərinizin ekspertizasının əvvəlcədən qeydinə qalın.

Hər şeyi üzərinizə çəkməyin. Bütün məktəbləri birdən-birə əhatə etmək mümkün deyil, heç bunun mənası da yoxdur. Kiçik şirkətlərə mövcud müəyyən profilli tədbirlərə qoşulmaq məsləhətdir: sponsor yardımı təklif etmək, hədiyyələr təsis etmək, uşaqlar və müəllimlər üçün master-klassların keçirilməsi mümkün olan məktəb olimpiadalarına, IT-festivallarına, müsabiqələrə, proforiyentasiya layihələrinə. Əvəzində siz həm uşaqlarla, həm valideynlərlə, həm də məktəblərlə tanış olmaq imkanı əldə etmiş olarsınız.

İnsider.az

Samirə Məmmədova