İtaliyanın Siciliya adasındakı Mussomeli şəhərində yüzlərlə köhnə ev 1 avroya satışa çıxarılıb.
İnsider.az bu barədə “The Sun”-a istinadla xəbər verir.
Evin yeni sahibi il ərzində əldə edilmiş evin kapital təmirini aparmalıdır. Əks təqdirdə, o, təxminən 7 min avro məbləğində zəmanət depozitindən məhrum ediləcək.
Hal-hazırda 100 tərk edilmiş binadan birini bir avroya almaq olar. Gözlənilir ki, yaxın zamanlarda daha 400-ə yaxın təklif yaranacaq.
Qeyd olunur ki, evlərin təmir dəyəri sahibkarlara hər kvadrat metrə görə təxminən 95 avroya başa gələcək.
Samirə Məmmədova