İtaliyanın Baş naziri Giuseppe Conte vəzifəsindən istefa edəcəyini açıqladı.
Conte koalisiya hökumətinin sona çatdığını bildirərək, "Çıxışımın ardından istefamı təqdim etmək üçün Prezidentin yanına gedəcəyəm",- deyib.
Koalisiya Lig Partiyası və M5S tərəfində yaradılmışdı.
Lig Partiyasının lideri, eyni zamanda Baş nazirin köməkçisi Matteo Salvini koalisiya ortağı M5S-in hər şeyə "xeyr" dediyini bildirir. Bu səbəbdən koalisiyada fikir ayrılığı yaranıb.