İfrat sağçı “İtaliya Qardaşları” siyasi partiyasının lideri, İtaliyanın Baş nazirliyinə namizəd Corciya Meloni Ukraynadakı münaqişənin Qərb ölkələri üçün yaratdığı risk barədə xəbərdarlıq edərək, bunu “nüfuz uğrunda mübarizədə aysberqin görünən tərəfi” adlandırıb.
“Əgər Ukrayna məğlub olsa və Qərb məhv olarsa, böyük qalib Vladimir Putinin Rusiyası deyil, Si Cinpinin Çini olacaq. Qərbdə, yəni Avropada ən zəif olanlar isə Çinin təsiri altına düşmək riski daşıyır. Odur ki, biz bu mübarizəni aparmalıyıq. Ukraynada münaqişə - bu, dünya nizamını yenidən formalaşdırmağa yönəlmiş münaqişə aysberqinin görünən hissəsidir”- deyə, o bildirib.