İtaliya bankı "UniCredit" 2019-cu ilin 2-ci rübündə 1,85 milyard avro xalis mənfəət əldə edib. Bu, analitiklərin 2,20 milyard avroluq proqnozundan azdır.
İnsider.az xəbər verir ki, Bank 2019-cu il üzrə cəmi gəlir proqnozunu 19,8 milyard avrodan 18,7 milyard avroya endirib.
"UniCredit" 2-ci rübdə 4,52 milyard avro cəmi gəlir əldə edib. Proqnoz 4.63 milyard avro idi.
Aprel-İyun dövründə Bankın faiz gəlirləri 2,55 milyard avro təşkil edib, bu da 2,57 milyard avroluq proqnozdan aşağıdır.
Bankın haqq və komissiya gəlirləri isə 1,57 milyard avro olub. Proqnoz da 1,57 milyard avro idi.