Azərbaycan Mərkəzi Bankının (AMB) və Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) toplam valyuta ehtiyatları ÜDM-in həcminə uyğun gəlir və bazar təzyiqini bir müddət saxlaya bilər.
İnsider.az xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan nümayəndəliyinin rəhbəri İvana Duarte deyib.
Onun sözlərinə görə, böhrandan sonra (2014-cü ildə) Azərbaycan iqtisadiyyatı orta sürətlə böyüyüb, valyuta məzənnəsi real olaraq cüzi şəkildə dəyişib və ölkə iş mühitini yaxşılaşdırmağa və qeyri-neft sektorlarını şaxələndirməyə başlayıb.
APA