İtaliya yük maşını istehsalçısı Rusiyadakı biznesini tamamilə məhdudlaşdırmaq və Miass şəhərində yerləşən "Iveco-AMT" birgə müəssisəsindən çıxmaq qərarına gəlib.
bu barədə Reuters məlumat yayıb.
Müəssisədə Iveco 33% paya sahib idi.
Iveco şirkətinin baş direktoru Gerrit Marksın sözlərinə görə, bu qərar “bir neçə aylıq müzakirədən” sonra qəbul edilib. “Qərar verildi, biz öz payımızı yerli partnyorumuza verdik”, - Marks deyib.
Iveco Group martın əvvəlində Rusiya və Belarusa avtomobil tədarükünü dayandıracağını bəyan edib. Həmin vaxt Marks Bloomberg-ə bildirmişdi ki, avtomobil istehsalçısı Trakker yolsuzluq ağır yük maşınlarını yığan "Iveco-AMT" birgə müəssisəsindən çıxmağı düşünür.
“İveco-AMT” birgə müəssisəsi 1994-cü ildə yaradılıb. Bu il şirkət Rusiyada 600-700 yük maşını istehsal etməyi planlaşdırmışdı.
Marja