ixracda-seudiyye-erebistani-idxalda-cin-liderdir

İxracda Səudiyyə Ərəbistanı, idxalda Çin liderdir

Səudiyyə Ərəbistanı keçən il ən çox xam neft ixrac edən ölkə olub.

İnsider.az xəbər verir ki, "BP 2019 Dünya Enerjisinin Statistik Mənzərəsi" hesabatının  yay dığı məlumatlara görə, keçən il Səudiyyə Ərəbistanı xam neft ixracını 2,8% artıraraq gündəlik ortalama 7,38 milyon barelə qaldırıb. Səudiyyə Ərəbistanı xam neft ixracına görə dünyada birinci yeri tutub.

Səudiyyə Ərəbistanı 2017-ci il də gündəlik ortalama 7,18 milyon barellik xam neft ixracı ilə bu sahədə birinci yeri tutumuşdu. 

Gündəlik ortalama xam neft ixracı 2018-də bir əvvəlki illə müqayisədə 1,1% artımla 5,54 milyon barelə qalxan Rusiya dünyada ikinci,  İraq gündəlik ortalama 4,03 milyon barel ixrac ilə üçüncü yeri tutub. Ötən il İraq xam neft ixracını 7,2% artırıb. 

Venesuella 303,3 milyard barellik xam neft ehtiyatı ilə dünyada birinci yerdədir. Səudiyyə Ərəbistanı 297,7 milyard barellik neft ehtiyatları ilə bu sahədə dünyada ikinci yeri tutur.

Neft məhsulları ixracında ABŞ gündəlik ortalama 5,26 milyon barellik səviyyə ilə dünyada birinci, Rusiya 3,62 milyon barellə ikinci, Sinqapur 1,87 milyon barellə üçüncü yeri tutur. 

ƏN ÇOX ÇİN ALIR

Xam neft və neft məhsulları idxalında isə Çin dünyada birinci yeri tutur. 

Çinin xam neft və neft məhsulları idxalı 2017-də gündəlik ortalama 10,24 milyon barel səviyyəsindən, 2018-də 7,8% artımla gündəlik ortalama 11,04 milyon barelə yüksəlib.

Xam neft və neft məhsulları idxalında 9,93 milyon barellə ABŞ ikinci, 5,22 milyon barellə Hindistan üçüncü yeri tutub. Ötən il ABŞ-ın neft və neft məhsulları idxalı 2,2% azalıb, Hindistanın idxalı isə 5,4% artıb. 

©Marja