İyun ayına olan hava proqnozu açıqlanıb.
İnsider.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasından əsasən yüksək olacağı, aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər az olacağı gözlənilir.
Birinci ongünlükdə havanın temperaturu getdikcə yüksələcək. Bəzi günlərdə temperaturun iqlim normasından 4-6 dərəcə yüksək olacağı gözlənilir.
İkinci ongünlükdə şimal küləyinin arabir güclənəcəyi ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında
Orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 2-4 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
Orta aylıq temperaturun 23-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 2-5 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında
Orta aylıq temperaturun 16-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 2 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 1-3 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər az olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında
Orta aylıq temperaturun 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 3 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Orta aylıq temperaturun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 3-5 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Orta aylıq temperaturun 21-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 2-5 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir.