İyun planetdə ən isti ay olub. İnsider.az “BBC”-yə istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi bildirib.
Son məlumatlara görə, dünyada orta temperatur 16,4 ºC qədər qalxıb, Antarktikada isə dəniz buzunun sahəsi rekord həddə aşağı səviyyəyə çatıb.
ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) bildirib ki, orta qlobal temperatur 20-ci əsrdəki orta qlobal temperaturdan 2,2 ºC yüksək olub.
Hərarət Avropa, Rusiya, Kanada və Cənubi Amerikanın bəzi hissələrində daha çox hiss edilən oldu.
Alimlər xəbərdarlıq edir ki, rekord temperaturlar iqlim dəyişikliyi nəticəsində davam etməkdə olacaq.
Samirə Məmmədova