ABŞ-ın “Johnson & Johnson” (J&J) şirkəti şəxsi gigiyena vasitələrinin Rusiyaya idxalını dayandırır.
Bu barədə şirkətin press-relizində bildirlib.
Bəyanatda qeyd olunur ki, şirkət Rusiyaya dərman və tibbi avadanlıqların tədarükü ilə bağlı öhdəliklərini təsdiqləyir.
Xatırladaq ki, martın əvvəlindən etibarən J&J Rusiyada reklam, klinik sınaq qeydiyyatı və hər hansı əlavə investisiyanı dayandırıb.