ABŞ-ın Çin mallarına tətbiq etdiyi yeni əlavə tarifələr (vergi) Asiyanın iqtisadi nəhəngi Çinə daha bir zərbə vura bilər.
İnsider.az xəbər verir ki, qlobal investisiya bankı "JP Morgan"ın iqtisadçılarına görə, ABŞ tarifləri ilə Çin iqtisadiyyatını test etdiyini (yoxladığını) və Pekin iqtisadiyyatının daha nə qədər dözə biləcəyinin isə müəyyən olmadığını söyləyib.
"JP Morgan"ın Qlobal İqtisadi Araşdırmalar üzrə Baş iqtisadçısı Bruce Kasmana götə, Vaşinqton və Pekin arasında ticarət müharibəsinin başladığı vaxtdan bu yana (təxminən 1 ildir), çinli rəsmilər yüksək ABŞ vergilərinin yartdığı iqtisadi ziyanın təsirlərini azaltmaq üçün həm pul, həm maliyyə siyasətlərini istifadə ediblər. Bu tədbirlər müəyyən vəziyyətlərdə işə də yarıyıb.
ABŞ Prezidenti Donald Tramp bu ayın əvvəlində 1 Sentyabrdan etibarən 300 milyard dollarlıq Çin mallarına əlavə 10% vergi tətbiq edəcəyini açıqlamışdır. Ancaq, ABŞ Ticarət Nümayəndəliyi Ofisi daha sonra bəzi malları tarif tətbiq olunacaqlar siyahısından çıxardıqlarını və bəzi məhsullara da yeni tərif tətbiq olunmasının 15 Sentyabra təxirə salındığını açıqlamışdı.
İqtisadçılar, ABŞ - Çin arasındakı ticarət gərginliyinin artması ilə Çin və Avropa iqtisadiyyatlarında yaşanan yavaşlamanın qlobal iqtisadi artım qarşısında ən böyük risk olduğunu qeyd edirlər. Kasman-a görə, dünya iqtisadiyyatında yaşanan bu stresslər ABŞ-a sıçraya və 40% ehtimalla qarşıdakı 6-9 ay ərzində durğunluq başlaya bilər.
Marja