jp-morgan-chase-dollar-qlobal-ehtiyat-valyutasi-statusunu-itire-biler

"JP Morgan Chase": Dollar qlobal ehtiyat valyutası statusunu itirə bilər

Dollar yaxın gələcəkdə qlobal ehtiyat valyutası statusunu itirə bilər və bu, ABŞ valyutasının orta müddətdə perspektivinin zəifləməsinə səbəb olacaq.

İnsider.az-ın məlumatına görə, bu fikri "JP Morgan Chase" investisiya bankının analitikləri irəli sürüb.

Onlar buna dünya iqtisadi artımının drayverinin Asiyaya doğru yönəlməsinin səbəb olduğunu düşünür.

Hazırda Çin baş verən son iqtisadi dəyişikliyin mərkəzindədir. Son 70 ildə Çin dünya ÜDM-indəki payını 4 dəfə artıraraq, təxminən, 20 faizə qədər artırıb ki, bu da, demək olar, ABŞ-ın göstəricisinə bərabərdir. Çin ucuz məhsul istehsal edən ölkədən inkişaf etmiş texnologiya bazarı olan ölkəyə çevrilib. Bu baxımdan analitiklər önümüzdəki onilliklərdə qlobal iqtisadiyyatın ABŞ və dolların dominantlığından Asiyanın daha hökmran olduğu sistemə keçəcəyini proqnozlaşdırır. Nəticədə dollar digər valyutalar səbətinə, o cümlədən qızıla nisbətdə ucuzlaşacaq.

©Report