Ukraynada müharibə davam edir.
Ötən gecə Kiyevdə həyəcan siqnalı qeydə alınmasa da, Donetsk, Xarkov, Zaporojye, Xerson, Dnepropetrovsk və Kirovoqrad vilayətlərində gərginlik müşahidə olunub.
“Ukrayna Ordusunun Xerson və Donetskdə həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Baxmut şəhərində bir küçə işğaldan azad edilib. Eyni zamanda Rusiya Silahlı Qüvvələrinə məxsus 72-ci briqadanın 2 rotası məhv edilib”, - deyə jurnalist əlavə edib.
M.Aslanov onu da qeyd edib ki, Frans-Press Agentliyinin operatoru Arman Soldin Donetskdə raket atəşinə məruz qalaraq həlak olub.
Oxu.Az