jurnalistlere-kupca-teqdim-edilecek

Jurnalistlərə "kupça" təqdim ediləcək

Jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair Çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcəkdir. 

İnsider.az xəbər verir ki, bu barədə “Marja”ya Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib.  

Qeyd edək ki, jurnalistlər üçün bina ölkə Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə inşa edilib.