jurnalistlerin-iqtisadi-musteqilliyinin-guclendirilmesi-ile-bagli-teklifler-hazirlanib

Jurnalistlərin iqtisadi müstəqilliyinin gücləndirilməsi ilə bağlı təkliflər hazırlanıb

“Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasının əsas istiqamətlərindən biri də jurnalistlərin iqtisadi müstəqilliyinin gücləndirilməsinə dəstəyin göstərilməsidir”.

Bunu MEDİA-nın Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva deyib.

Onun sözlərinə görə, bununla bağlı MEDİA tərəfindən bir sıra təkliflər hazırlanıb: “Hazırda təkliflərlə bağlı aidiyyəti strukturlar tərəfindən araşdırma aparılmaqdadır”.

Report