kanada-irana-qarsi-sanksiyalari-genislendirib

Kanada İrana qarşı sanksiyaları genişləndirib

Kanada hakimiyyəti İrana qarşı sanksiyalar siyahısına daha 6 şəxsi və 4 təşkilatı əlavə edib.

Bu barədə Kanadanın xarici işlər naziri Melani Colinin bəyanatında deyilir.

Qeyd olunub ki, bu şəxslər və təşkilatlar iranlı qadınlar daxil olmaqla insan hüquqlarının kobud şəkildə pozulmasına töhfə verib və ya bu pozuntularda iştirak ediblər, İran rejiminin öz vətəndaşlarına qarşı repressiya və təqiblərinə haqq qazandırmaq üçün təbliğat aparıblar.

“Qara siyahı”ya, xüsusən də İran Konstitusiyası Keşikçiləri Şurası, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) komandirlərindən biri və İran Yayım Korporasiyasının keçmiş rəhbərinin adı daxil edilib.

Oxu.Az