kanadada-avtomobil-qezasi-azi-15-nefer-oldu

Kanadada avtomobil qəzası: Azı 15 nəfər öldü

Kanadanın Karberi şəhəri (Manitoba) yaxınlığındakı magistral yolda baş verən qəza zamanı azı 15 nəfər ölüb.

Məlumata görə, qəzada yük maşını və mikroavtobus toqquşub. Mikroavtobusun dərəyə aşaraq yandığı bildirilib. Qəzanın digər detalları hələlik açıqlanmayıb.

Bütün yaxınlıqdakı yaşayış məntəqələrindən, eləcə də rayonun inzibati mərkəzi Vinnipeqdən həkim briqadaları qəza yerinə yollanıb. Qəza bölgəsinə tibbi helikopterlər də gəlib.