kanadada-goyertesinde-550-sernisin-olan-teyyareni-ildirim-vurub-video

Kanadada göyərtəsində 550 sərnişin olan təyyarəni ildırım vurub - VİDEO

Kanadanın Vankuver Beynəlxalq Hava Limanından havaya qalxdıqdan qısa müddət sonra təyyarəni ildırım vurub.

Məlumata görə, təyyarənin göyərtəsində 550 sərnişin olub.

“Air Canada” şirkətinə məxsus “Boeing 777-300” təyyarəsi Londona uçurmuş. Baş verənlərə baxmayaraq, pilotlar uçuşu davam etdiriblər.

Pilotun sözlərinə görə, təyyarədə quraşdırılmış xüsusi ildırımötürücü sistem sayəsində faciənin qarşısı alınıb.