Kanadada yerli xalqların yaşadığı ərazilərdə daha iki katolik kilsəsi yandırılıb.
Bu barədə “BBC News” məlumat yayıb.
Məlumata görə, son bir həftə ərzində katoliklərə məxsus dörd dini məbəd məhv edilib.
Qeyd edək ki, kilsələrin yandırılması halları onların həyətlərində yüzlərlə azyaşlı hinduların basdırıldığı kütləvi uşaq məzarlıqlarının aşkar edilməsindən sonra başlayıb.
Ölkənin Baş naziri Castin Trüdo 19-20-ci əsrin əvvəllərində kilsənin nəzarətində olan yerli xalqların təlim mərkəzlərində baş vermiş kütləvi qırğın hallarını Kanada tarixinin rüsvayçı və qara səhifəsi adlandırıb.