Alyaska universitetinin alimləri Kanadanın şimalındakı əbədi donuşluğun əriməyə başladığına diqqət ediblər. Onların proqnozlarına görə, qlobal istiləşmənin hazırkı templərilə bu, ən azı 70 il sonra baş verməli idi.
İnsider.az bunu “Reuters”-a istinadla xəbər verir.
Yeraltı buz bloklar donmuşdular və minilliklərlə ərimirdilər. Alimlər komandası artıq həmin ərazidə 10 il qabaq analoji müşahidələr aparmışdı, lakin o vaxtdan bəri landşaft tanınmayacaq dərəcədə dəyişib. Bu alimləri olduqca heyrətləndirib.
Hazırda isə onlar müşahidə ərazisini genişləndirməyi planlaşdırır.
Samirə Məmmədova