kapital-bank-hadrutda-bankomat-ve-odenis-terminali-qurasdirdi

Kapital Bank Hadrutda bankomat və ödəniş terminalı quraşdırdı

Kapital Bank işğaldan azad olunan ərazilərdə bank infrastrukturunun bərpası istiqamətində işlər həyata keçirməyə davam edir. Belə ki, Hadrut qəsəbəsində fəaliyyət göstərən “Bolmart” marketində Kapital Bank-a məxsus bankomat və ödəniş terminalı quraşdırılıb.

Bankomatla yanaşı quraşdırılan terminalda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, kredit və BirKart sifarişi, kommunal, rabitə, TV, İnternet, avans, aliment, sığorta, məhkəmə, bələdiyyə, vergi, DSMF, cərimə, təhsil (BDU, ADNSU, ATU, ADPU və s.) ödənişləri, “Xəzri” pul köçürməsi və bir sıra başqa ödənişlər etmək olar. Yaxın gələcəkdə, həmçinin Azəriqaz və Azərsu-nun smart sayğaclarının yüklənməsi də terminallar vasitəsilə mümkün olacaq.

Qeyd edək ki, ötən aylarda Şuşada və Qubadlıda da bankomat və ödəniş terminalı yerləşdirilib.

Həmçinin, AzCake mağazasında Kapital Bank-ın POS terminalı quraşdırılıb, mağaza BirKart-ın partnyorları sırasına daxil edilib. Bununla da dövlət tərəfindən mülki əhaliyə işğaldan azad olunan rayonlara getmək imkanı yaradılan kimi, taksit imkanından, “Ürəklər” bonus sistemindən, bankomat və ödəniş terminallarından yararlanmaq mümkün olacaq.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.