kapital-bank-ve-qirmizi-urekler-usaqlar-ucun-sosial-aksiya-heyata-kecirib

Kapital Bank və “Qırmızı Ürəklər” uşaqlar üçün sosial aksiya həyata keçirib

Xəbər verdiyimiz kimi, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Kapital Bank və “Qırmızı Ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu Daun sindromlu şəxslər üçün layihə həyata keçirirdi. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.

Daun sindromlu şəxslərin uğurlu olduğu əsas sahələrdən biri incəsənətdir. Həssas xarakterləri ilə assosiasiya edilən musiqi, rəsm kimi incəsənət sahələrində Daun sindromlu insanlar dünya səviyyəsində şöhrət qazana bilirlər. Məhz bu səbəbdən də layihə çərçivəsində Kapital Bank və “Qırmızı Ürəklər” fondu Daun sindromlu uşaqlar üçün 4 istiqamətli (rəsm və gil sənəti, inklüziv rəqs, foto modellik və qurama sənəti) təlimlər təşkil edib. Layihə ilə bağlı qısa video çarx hazırlanıb – https://youtu.be/KnSmpgpiArI.

“Hər şey mümkündür!” layihəsinin yeni təqdim olunmasına baxmayaraq, artıq beynəlxalq səviyyədə uğur qazana bilib. Belə ki, layihənin təqdimatı zamanı hazırlanan video çarx Ukraynada keçirilən “Kyiv International Advertising Festival”da iki nominasiya üzrə bürünc medal qazanıb.

Daun sindromlu şəxslər üçün ianələr hələ də davam edir. İanələri Kapital Bank-ın filiallarında və bir sıra iri market şəbəkələrində quraşdırılan terminallar vasitəsilə etmək olar. Bundan başqa yalnız 1 iyun 2021-ci il tarixində BirBank mobil tətbiqində bonus şəklində toplanan “Ürəklər”i ianə formasında “xərcləyərək”, hər 100 000 “ürək” müqabilində layihəyə 10 manat yardım etmək mümkündür.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.