kapitolide-yuzlerle-yehudi-etirazci-hebs-edildi

Kapitolidə yüzlərlə yəhudi etirazçı həbs edildi

ABŞ-nin Vaşinqton şəhərində Kapitoli polisi İsrailin Baş naziri Benyamin Netanyahunun gözlənilən çıxışına etiraz etmək üçün Konqresin əsas zalını ələ keçirən 200-dən çox etirazçını həbs edib.

Etirazın arxasında duran iki yəhudi təşkilatı - "Sülh üçün yəhudi səsi" və "IfNotNow"nun məlumatına görə, saxlanılanlar arasında ravvinlər, Holokostdan sağ çıxanların övladları, tələbələr, israillilər və ABŞ-lilər var.

Miçiqan ştatından konqresmen Den Kildi (Demokratlar Partiyası) etirazçılar onun ofisinin qapısını sındırdıqdan sonra Kapitoli polisinə müraciət edib. O və işçiləri kabinetdə gizlənməyə məcbur olublar.

Qeyd edək ki, Benyamin Netanyahu bu günlərdə ABŞ-yə səfəri zamanı ABŞ Konqresinin hər iki palatasında çıxış etməyi planlaşdırır.

Oxu.Az