Rusiyada koronavirus səbəbindən özünütəcrid şəraitində mətbəx cihazlarına tələbat kəskin artıb.
İnsider.az xəbər verir ki, bu barədə “Ozon” məlumat yayıb.
Məlum olub ki, ötən aylarla müqayisədə, apreldə çörək bişirən maşınlar 310 faiz, mikserlər 258 faiz, şirəçəkənlər isə 120 faiz çox satılıb.
Bundan əlavə, vafli hazırlayan, yumurta bişirən və mini pivə hazırlayan maşınların fəal şəkildə alışı nəzərə çarpır.
Oxu.Az