karlos-qon-avtovaz-sehmdarlarinin-direktorlar-surasindan-cixdi

Karlos Qon “AvtoVaZ” səhmdarlarının direktorlar şurasından çıxdı

“Renault—Nissan—Mitsubishi” alyansının keçmiş rəhbəri Karlos Qon “Renault” və “Rostex”-in müştərək müəssisəsi olan və “AvtoVaZ” konserninə sahib olan “Alliance Rostec Auto B.V.”-in direktorlar şurasını tərk etdi. İnsider.az bunu “Vedomosti”-yə istinadla xəbər verir.

“AvtoVaZ”-ın prezidenti İv Karakatzanis xatırladıb ki, Karlos Qon “AvtoVaZ”-ın direktorlar şurasına 2016-cı ilin ortasından daxil deyil, lakin o, 2019-cu ilin mayına kimi “Alliance Rostec Auto B.V.”-ya rəhbərlik edib. O, həmçinin Qonun bütün vəzifələrdə olmasının əməliyyat fəaliyyətinə heç bir təsir göstərmədiyini vurğulayıb.

Qeyd edək ki, milyarder 2018-ci ilin noyabrında Yaponiyada “Nissan”-da işlədiyi müddətdə baş verən maliyyə maxinasiyalarında ittihamı üzrə həbs olunub. Qon ancaq martın 6-sı azad edilib. Beləliklə, o, Tokiodakı istintaq izolyatorunda 108 gün keçirib. Bir ay keçməmiş, polislər Qonun evinə onu təkrar həbs etmək üçün daxil olublar. Bu dəfə onun saxlanması üçün səbəb yeni ittiham – “Nissan” vəsaitlərini mənimsəməsi olub. Aprel ayında isə o, 4,5 milyon dollar girov qarşılığında azad edilib.

Samirə Məmmədova