Gürcüstan paytaxtının meri Kaxa Kaladze Azərbaycana gəlir.
Bu barədə Tbilisi merinin mətbuat xidməti məlumat yayıb.
K. Kaladze 13-14 iyul tarixlərində Bakıda rəsmi səfərdə olacaq.
Səfər çərçivəsində Tbilisi və Bakı şəhərlərinin qardaşlaşması barədə memorandum imzalanacaq.
Səfər zamanı Tbilisi merini onun müavini İlya Eloşvili müşayiət edəcək.
APA