kecid-postlarindan-7545-avtomobil-geri-qaytarilib-resmi

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ

“Martın 26-dan 27-dək şəhər çıxışlarında quraşdırılan keçid postlarından 742 nəqliyyat vasitəsi regionlara qaytarılıb”.

İnsider.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib:

“Bizdə sərnişinlərin sayı ilə bağlı dəqiq hesablama aparılmır. Lakin martın 26-dan 27-dək ümumilikdə şəhər çıxışlarında quraşdırılan keçid postlarından 1590 avtomobil geri qaytarılıb. 742 nəqliyyat vasitəsi region istiqamətlərinə, 848 avtomobil isə şəhər istiqamətinə qaytarılıb.

Onu da qeyd edim ki, martın 19-dan bu günə qədər şəhər çıxışlarında quraşdırılan keçid postlarından rayon istiqamətinə qaytarılan nəqliyyat vasitələrinin sayı 7545 olub. Martın 25-dən bu gün səhər saatlarına qədər isə 3656 avtomobil Bakı istiqamətinə geri qaytarılıb”.

Oxu.Az