Kəlbəcər rayonu Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti altında təhvil verilib.
İnsider.az xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya sülhməramlı kontingentinin hərbçiləri Kəlbəcər rayonunun Azərbaycan tərəfinə təhvil verilməsi zamanı mülki əhalinin təhlükəsiz və mütəşəkkil köçürülməsini təmin etdilər”, - məlumatda bildirilib.
Qeyd edək ki, Kəlbəcərin təhvil verilməsi Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya dövlət başçısı Vladimir Putinin və Ermənistan baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən həyata keçirilib.
Oxu.Az