Cari ilin iyun ayında may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 3 faiz ucuzlaşıb. İnsider.az-ın məlumatına görə, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 6,3 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz ucuzlaşıb.
Bundan başqa, ötən ay balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri də ucuzlaşıb - 0,8 faiz. Qeyd edək ki, hesabat dövründə meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri isə sabit qalıb.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, hesabat dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 13 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,9 faiz, bitkiçilik məhsulları üzrə isə 25,6 faiz artıb.