ABŞ-ın keçmiş birinci xanımı Jaklin Kennedinin qızı Kerolayn anasının malikanəsini satışa çıxarıb. İnsider.az bunu “CNN”-ə istinadla xəbər verir.
Telekanalın məlumatına görə, Kennedi ailəsinin üç nəsli böyümüş ev 65 milyon dollara satılır. Malikanə Jaklin Kennedi tərəfindən 1979-cu ildə bir milyon dollara satın alınıb. Malikanənin sahəsi 1900 kvadrat metrdən çoxdur.
“Anam məhz “Qırmızı darvaza” fermasını qırx il əvvəl ilk gördüyü an bəyənib. Qum təpələri, nohurlar onun təbiətə, ailəyə və kitablara olan sevgisini daha da artıran öz dünyasını yaratmağa imkan verib”, - Kerolayn deyir.
Öz qərarını isə Kennedinin qızı Jaklinin nəvələrinin artıq böyüməsi, ailənin yoluna davam etməsi və özləri üçün nə isə şərait yaratmaq niyyətində olması ilə izah edib.
Samirə Məmmədova