Britaniya Kralı III Çarlzın gəlini Keyt Middlton Vindzordakı saraydan gedib.
Bu barədə “Mirror” öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, bir müddət əvvəl ictimaiyyəti şoka salan açıqlamaları ilə çıxış edən Uels şahzadəsi əri və uşaqları ilə birlikdə helikopterlə naməlum istiqamətə yollanıb.
Qeyd edək ki, bir neçə ay ictimaiyyət arasında görünməyən Middltonun bu həftə işinin başına dönəcəyi açıqlanmışdı.
Ehtimallara görə, şahzadə ailəsi ilə birlikdə Norfolkdakı Anmer Hall malikanəsinə yollanıb. Onların Pasxa bayramını burada keçirəcəkləri güman edilir.
Xatırladaq ki, martın 22-də Middlton ölümcül xəstəliyi ilə bağlı həqiqəti açıqlayıb. Şahzadə ona xərçəng diaqnozu qoyulduğunu və onun bu yaxınlarda qarın nahiyəsində aparılan əməliyyatdan sonra aşkarlandığını deyib. Onun sözlərinə görə, özü və ailəsi test nəticələrindən o qədər şoka düşüblər ki, uzun müddət özlərinə gələ bilməyiblər. Keyt hazırda kimyaterapiyadan keçdiyini vurğulayıb.
Oxu.Az