Ötən gün ABŞ-da “KFC” öz Atlantadakı müəssisələrinin birində “Beyond Meat”-in bitki əsasında hazırlanmış naggets və qanadlarının satışını test edib. İnsider.az bu barədə “Adweek”-ə istinadla xəbər verir.
Onları almaq üçün müştərilər hələ restoran açılmamış gəlməyə başlayıblar. Nəşr yazır ki, restoran önündəki növbə bir neçə kvartala uzanıb.
Satış elə aktiv şəkildə baş tutub ki, restoran “Beyond Meat”-lə partnyorluda hazırlanmış məhsulların bütün ehtiyyatını istifadə etməli olub. Müəssisə rəhbərliyinin sözlərinə görə, beş saat ərzində satılmış naggets və qanadların sayını bir həftə boyu satılmış “KFC” bayts porsiyalarının sayı ilə müqayisə etmək olar.
Qeyd edək ki, “KFC” bitki əsasında olan naggetslərin satışı barədə vqustu 26-ı elan etmişdi. Testetmənin yekunları üzrə şirkət məhsulun bir neçə restoranda və ya ABŞ-dakı bütün şəbəkə üzrə buraxıb-buraxmamağı qərara alacaq.
Xatırladaq ki, ət dadını verən bitki mənşəli qidanın tərtibatçısı “Beyond Meat” həmçinin “Carl's Jr.”, “Dunkin’ Donuts”, “Burger King” və digərlərilə də əməkdaşlq edir.
Samirə Məmmədova