kiamp-turkiye-cumhuriyetindeki-bas-koordinatorlugu-20-yanvar-sehidlerini-andi

KİAMP Türkiye Cumhuriyətindəki Baş Koordinatorluğu 20 yanvar şəhidlərini andı

Diasporla İş Üzrə Dövlət Komitəsinin KİAMP-Karabakh is Azerbaijan Milli Platformunun Türkiye Cumhuriyətindəki Baş Koordinatorluğu sədrliyi ilə Türk Ocaqları, Anadolu Aydınlar Ocaqları ilə birlikdə 20 Yanvar Soyqırımının 33-cü İl dönümü ilə əlaqədar İstanbulda Əli Əmiri Dövlət Mədəniyyət Mərkəzində anım Günü Konfransı keçirilib.
İnsider.az xəbər verir ki, Anma Günü Konfransı KİAMP-Türkiyə Cümhuriyyətindəki Baş Koordinatoru Dr. Elvin Abdurahmanlı, Türk Dünyası Araşdırmalar Vəqfinin prezidenti Közhan Yazqan, Makedoniyalı millət vəkili Ərdoğan Saraç və panel məruzəçiləri Prof. Dr. İbrahim Öztek, İstanbul Türk Ocaqlarının rəhbəri doktor Cezmi Bayram konfrans iştirakçılarına tarixi faktları açıqlayıb. Konfransda Türkiyə və Makedoniya bürokratları, müxtəlif fond və QHT rəhbərləri, Türküstan, Tatarıstan Gənclər Dərnəyinin üzvləri, Pakistanlı gənclər, türk və azərbaycanlı gənclər iştirak ediblər.