Yeni başlayan və ya neçə illik staja malik biznesmen olmanızdan asılı olmayaraq işinizin inkişafında marketinqin rolunu anlayırsınız. İstənilən sahədə də olduğu kimi anlamanıza kitablar kömək edəcək.
1. "Building A Story Brand"
Bu kitab vsitəsilə siz yeddi storitellinq elementini dərk edəcək, yeni müştərilərə öz biznesinizi düzgün tədim etməyi və ya indiki müştərilərin baxışını necə dəyişməyi öyrənəcəksiniz. Kitab, “New York Times”-a görə, bestseller hesab olunur.
2. "Think Big, Act Small"
Kitabda 10 il ərzində inkişaf edən və iqtisadiyyatın eniş və yüksəlişlərinə baxmayaraq gəlirli qalan 9 kiçik şirkətin hekayələri nəzərdən keçirilir.
3. "Killing Marketing: How Innovative Businesses Are Turning Marketing Cost into Profit"
“Ölümcül marketinq”: innovativ şirkətlər marketinq xərclərini necə gəlirə çevirir” kitabında müəllif marketinq strategiyanızın saxlanılmasının əsas yolu onun qətli olduğunu izah edir. Müəllif “Disney” və “Redbull” kimi uğurlu şirkətlərin necə marketinq qaydalarını yenidən yazmalarını və bu təcrübənin işinizdə necə tətbiq edilməsini nəzərdən keçirir.
4. " SEO for Growth: The Ultimate Guide for Marketers, Web Designers & Entrepreneurs"
SEO ilə düzgün rəftar sizə axtarış sorğularının ilk sətirlərinə çıxmanıza kömək edəcək. Bu təlimat sizə baş çıxarmağa yardım edəcək. Lakin ən yaxşısı bunu peşəkarlara həvalə etmənizdir.
5. "Methods of Persuasion: How to Use Psychology to Influence Human Behavior"
İnandırma metodları: bu kitab koqnitiv psixologiyanı hərəkətdə necə istifadə olunması barədədir. Yeddi pilləlik inandırma prossesini ayırd edin və digər insanların emosiyaları və fikirlərinə necə təsir etməyi dərk edin.
6. "Get Scrappy: Smarter Digital Marketing for Businesses Big and Small"
Rəqəmsal marketinq üzrə kitabdır. Rəqəmsal fəzada ancaq iri korporasiyaların liderlik edə bilmələri barədə mifi dağıdır.
7. "Top of Mind: Use Content to Unleash Your Influence and Engage Those Who Matter to You"
Bu kitabda “Influence & Co.”-nun baş direktoru Con Holl kontent və brendin tanınması barəsində öz strategiyası haqda danışır. Holl həmçinin auditoriyanı necə cəlb etmək və brendə loyallığa aparan etibarlı münasibətlərin müştərilərlə necə qurlumasından danışır. “Top of Mind”-ı oxuyaraq siz öz müştərilərinizlə daha şəxsi səviyyədə necə ünsiyyət qura biləcəyinizi öyrənə bilərsiniz.
8. "The Conversion Code: Capture Internet Leads, Create Quality Appointments, Close More Sales"
Kris Smit tərəfindən yazılmış kitab sizə onlayn-lidləri necə axtarıb konvert etmək barədə ardıcıl təlimatları təqdim edir. Bu kitab rəqəmsal marketinqin əsaslarından yaxşı anlayışı olan, lakin strategiya və potensial müştərilər axtarışının tərtibatında köməyə ehtiyacı olan biznesmenlər üçün ideal uyğun gəlir.
Samirə Məmmədova