kipr-maska-telebini-berpa-edir

Kipr maska tələbini bərpa edir

Kipr səlahiyyətliləri maska tələbi qaldırıldıqdan bir ay sonra, çərşənbə günü COVID-19-la mübarizə üçün maskaları yenidən tətbiq etmək qərarına gəlib.

Səhiyyə naziri Mihalis Hadcipantelanın bildirdiyinə görə, qapalı yerlərdə maska taxmaq tələbi cümə günü qüvvəyə minir.

Kipr rəsmisi Nazirlər Kabinetinin iclasından sonra bildirib ki, səhiyyə mütəxəssisləri müvafiq tədbirlərə əməl etməyən insanlar arasında infeksiyaların artmasından sonra bu addımı atmağı tövsiyə ediblər.

Oxu.Az